AMB bu gün dolları daha 0,22% bahalaşdıracaq

AMB bu gün dolları daha 0,22% bahalaşdıracaq Sabahkı rəsmi məzənnənin 1,4968 AZN/USD olacağı gözlənilir
Maliyyə
307
2 İyun , 2016 13:00
AMB bu gün dolları daha 0,22% bahalaşdıracaq

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının iyunun 3-nə rəsmi məzənnəsini 1,4968 AZN/USD səviyyəsində təsdiq edəcəyi gözlənilir.

"Report"un məlumatına görə, bu, iyunun 2-nə nisbətən məzənnənin 0,22% artması deməkdir.

Xatırladaq ki, bu gün keçirilən valyuta hərracında satışa çıxarılan 50 mln. dolların hamısı satılıb, alıcı qismində isə 13 kommersiya bankı çıxış edib.

Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,4934 AZN/USD təşkil edir. Rəsmi məzənnənin son devalvasiyadan etibarən minimal həddi mayın 25-26-da (1,4900 AZN/USD), maksimal səviyyəsi isə martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb. 

Xatırladaq ki, bu günə olan rəsmi məzənnə minimal həddən 0,45% yuxarı, maksimal həddən isə 9,45% aşağıdır.

Son xəbərlər

Orphus sistemi