AMB likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq

AMB likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq Bakı. 28 dekabr. REPORT.AZ/ Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək.
Maliyyə
28 Dekabr , 2018 10:19
AMB likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bundan başqa, AMB ödənişlərin fasiləsizliyini, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəməyi də diqqətdə saxlayacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.

Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracaq.

“Çərçivə alətlərinə çıxış və məcburi ehtiyatların aylıq ortalama rejimində saxlanılması növbəti ildə də likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq. Mərkəzi Bankın açıq bazar əməliyyatlarının bir hissəsi qısamüddətli, digər hissəsi isə uzunmüddətli likvidliyin tənzimlənməsinə xidmət edəcək. Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidinin genişləndirilməsi məsələlərinə baxılacaq. Alət konfiqurasiyasında dəyişikliklər pul siyasətinin transmissiyasında faiz kanalının rolunun güclənməsinə, pul bazarının aktivləşməsinə və gəlirlik əyrisinin formalaşmasına dəstək verəcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər növbəti ildə də davam etdiriləcək”, - deyə məlumatda vurğulanıb.  

Son xəbərlər

Orphus sistemi