​AMB banklara 12 mln. dollar satıb

​AMB banklara 12 mln. dollar satıb Tələb təklifin 6%-nə bərabər olub
Maliyyə
135
8 Fevral , 2016 12:07
​AMB banklara 12 mln. dollar satıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. AMB tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 mln. dollar (təklifin 5,95%-i) təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Son xəbərlər

Orphus sistemi