AMB "Bank Standard"dakı problemlərin səbəbini izah edib

AMB "Bank Standard"dakı problemlərin səbəbini izah edib Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovun 2013-2016-cı illərdə Bankda audit aparılmaması barədə ittihamlarına münasibət bildirib.
Maliyyə
23 Noyabr , 2017 13:02
AMB Bank Standarddakı problemlərin səbəbini izah edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovun 2013-2016-cı illərdə Bankda audit aparılmaması barədə ittihamlarına münasibət bildirib.

Qurumun sədr müavini Alim Quliyev “Report”a açıqlamasında “Bank Standard”ın nəzarətdən kənarda qalmasını sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə izah edib: “Prezidentin sərəncamı ilə 2014-cü ildən yoxlamalar dayandırılmışdı. Ona görə də audit olmayıb”.

“Bank Standard”dan kreditlərin 41%-nin 0%-lə verilməsinə gəlincə isə A.Quliyev bu fikrə münasibət bildirməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi