AMB: "Bank Sertifikat Xidmətləri Mərkəzimiz ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğundur"

AMB: "Bank Sertifikat Xidmətləri Mərkəzimiz ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğundur" Azərbaycan Mərkəzi Bankının (AMB) Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib.
Maliyyə
25 Yanvar , 2022 15:26
AMB: Bank Sertifikat Xidmətləri Mərkəzimiz ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğundur

Azərbaycan Mərkəzi Bankının (AMB) Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumatda deyilir ki, AMB-də istismarda olan informasiya sistemlərinin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, onların etibarlı və fasiləsiz fəaliyyətlərinin təşkili məqsədilə innovativ informasiya-kommunikasiya texnologiyaları həllərinin tətbiqi və qabaqcıl standartlara uyğunluğunun təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Bu sahədə aparılan davamlı təkmilləşmə işləri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin akkreditə etdiyi, AMB-nin operatoru olduğu BSXM-nin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluğu baxımından “Societe Generale de Surveillance” təşkilatı geniş təhlil və diaqnostika aparıb. Audit nəticəsində AMB-də İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin və BSXM-in ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə cavab verdiyi təsdiq edilib və müvafiq sertifikat təqdim olunub.

BSXM-in funskional fəaliyyəti "Elektron imza və elektron sənəd haqqında" qanuna uyğun olaraq AMB-nin xidmət göstərdiyi dövlət təşkilatlarına, maliyyə bazarında fəaliyyət göstərən nəzarət subyektlərinə, habelə nəzarət subyektlərinin xidmətlərindən istifadə edən fiziki-hüquqi şəxslərə elektron imza xidmətlərinin göstərilməsidir. Mərkəzin təkmilləşdirilmiş elektron imzaları ölkə əhəmiyyətli infrastruktura malik olan Milli Ödəniş Sistemləri daxil olmaqla, bir sıra informasiya sistemlərində şəxsin identifikasiyası, məlumatın tamlığının və məxfiliyinin qorunması məqsədilə istifadə edilməkdədir.

Son xəbərlər

Orphus sistemi