Azərbaycan bankları əlavə 5 milyard manat resurslarını real sektora yönəldə bilərlər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
F.İsayevin sözlərinə görə, hazırda müddətli əmanətlərin həcmi 9 milyard manat təşkil edir ki, onun da 6,4 milyard manatı fiziki şəxslərin payıa düşür: "Təəssüf ki, onlarında 80 %-i bir ilə və yaxud daha az müddətə qoyulub".
AMB rəsmisi əlavə edib ki, hazırda banklarda likvidlik əmsalı minimum tələb olan 30 %-dən iki dəfə çox yəni 60 % təşkil edir: "Əgər biz ani likvidlik üzrə əmsalı 30 % olduğunu nəzərə alsaq və burada 10 %-i də əlavə bufer kimi tətbiq etsək, o zaman bankların əlavə 5 milyard manat resursları var ki, onlar onu real sektora yönəldə bilərlər".