Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Bu barədə "Report"a AMB-dən bildirilib.
Məlumata görə, hərracda 50 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb 52 mln. manat təşkil edib.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% olub.