Almaniyanın iki aparıcı bankı birləşir

Almaniyanın iki aparıcı bankı birləşir Almaniyanın iki aparıcı bankı - “Deutsche Bank” və “Commerzbank” bankları birləşmək üçün danışıqlara başlayacaq.
Maliyyə
18 Mart , 2019 16:06
Almaniyanın iki aparıcı bankı birləşir

Almaniyanın iki aparıcı bankı - “Deutsche Bank” və “Commerzbank” bankları birləşmək üçün danışıqlara başlayacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu, baş versə, bankların bir sıra filialları bağlana, onlar xərclərini azalda bilərlər.

Bununla belə, bəzi təhlilçilər “Deutsche Bank” və “Commerzbank”ın birləşməsini çətin və riskli hesab edir. Onların fikrincə, bu, hər şeydən əvvəl 10 mindən artıq iş yerinin bağlanması deməkdir.

Almaniya hökumətinin davranışları isə onun bu razılaşmanın lehinə olmasından xəbər verir. Qeyd edək ki, hökumət “Commerzbank”ın səhmlərinin 15,5%-nə nəzarət edir. Almaniyanın maliyyə naziri Olaf Şolts ölkənin bank sektorunda milli çempiona ehtiyac olduğunu əsas gətirərək bankların sahiblərinə birləşmək haqqında düşünməyi təklif edib.

Konsolidasiya baş tutsa, Almaniyanın bank sektorunda 15 % paya malik yeni maliyyə qurumu yaranacaq. Yeni bank özündə 1,8 trilyon avro məbləğində aktivləri cəmləşdirəcək.

Son xəbərlər

Orphus sistemi