Almaniya koronavirusa qarşı mübarizəyə əlavə vəsait ayıra bilər

Almaniya koronavirusa qarşı mübarizəyə əlavə vəsait ayıra bilər Bu barədə ölkənin Maliyyə Nazirliyinin Bundestaqın büdcə komitəsinə təklifində bildirilir
Maliyyə
10 Fevral , 2021 15:25
Almaniya koronavirusa qarşı mübarizəyə əlavə vəsait ayıra bilər

Almaniya hökuməti dünyada koronavirusa qarşı fəaliyyətlərə yardım üçün əlavə olaraq 1,5 milyard avro ayıra bilər.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Bundestaqın büdcə komitəsinə təklifində bildirilir.

Həmin vəsaitin 620 milyon avrosu inkişaf edən ölkələrə peyvənd tədarükünə, 100 milyon avrosu isə humanitar yardım qismində tədarük ediləcək dərmanlara sərf olunacaq. Həmçinin peyvənd sahəsində tədqiqatlara, diaqnostika və səhiyyəyə dəstək üçün də vəsait ayrılacaq.

Son xəbərlər

Orphus sistemi