Almaniya fərdi investorlar üçün ən cəlbedici ölkədir

Almaniya fərdi investorlar üçün ən cəlbedici ölkədir 2014-cü ildə bu sahədə liderlik Fransaya aid olub
Maliyyə
14 Sentyabr , 2016 20:54
Almaniya fərdi investorlar üçün ən cəlbedici ölkədir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bütün dünyadan fərdi investorlar vəsaitlərini Almaniyaya yatırmağa üstünlük veriblər. 

"Report" "Sueddeutschce Zeitung" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat Almaniya Maliyyə Nazirliyinin hesabatında yer alıb.

Sənəddə bildirilir ki, 2015-ci ildə Almaniya ÜDM-nin 18%-nə bərabər həcmdə olan investisiyalar əsasən maşınqayırma, avadanlıq istehsalı, daşınmaz əmlak və digər sahələrə qoyulub. Bununla da Almaniya dünyanın inkişaf etmiş sənaye ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata görə, 2014-cü ildə bu sahədə liderlik Fransaya aid olub. Ötən il Fransa ÜDM-in 17%-i investisiya göstəricisi ilə 2-ci, ABŞ 16%-lə 3-cü və Britaniya 14%-lə 4-cü olub.

Fərdi investisiyalar sferasında liderliyə baxmayaraq, Almaniya dövlət investisiya dəstəyi proqramında xeyli geridə qalıb. Belə ki, ölkəyə qoyulan investisiyaların yalnız 10%-i dövlət tərəfindən maliyyələşdirilir. Geri qalan 90% investisiyalara isə şirkətlər və fondlar tərəfindən vəsait yatırılır.

Son xəbərlər

Orphus sistemi