Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürmə edib

Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürmə edib Hadisə texniki nasazlıq səbəbindən baş verib
Maliyyə
25 Mart , 2017 01:51
Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürmə edib

Bakı. 25 mart. REPORT.AZ/ Almaniyanın Dövlət Yenidənqurma Bankı təsadüfən xarici hesablara 5 milyrd avro köçürmə edib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

İnsident fevralın 20-də qeydə alınsa da, bu barədə yalnız indi məlum olub. Kredit təşkilatından bildirilib ki, sistemin yalnış işi işçilər tərəfindən ən erkən mərhələdə aşkar olunub və pullar vaxtında geri qaytarılıb. Bankdan insidentin insan amili səbəbindən baş verə biləcəyini də istisna etmirlər.

Son xəbərlər

Orphus sistemi