Ali Məhkəmənin sədri: "Vətəndaş bankdan krediti hansı valyuta ilə götürübsə, o valyuta ilə də qaytarmalıdır"

Ali Məhkəmənin sədri: "Vətəndaş bankdan krediti hansı valyuta ilə götürübsə, o valyuta ilə də qaytarmalıdır" "Bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir"
Maliyyə
161
1 Aprel , 2016 12:02
Ali Məhkəmənin sədri: Vətəndaş bankdan krediti hansı valyuta ilə götürübsə, o valyuta ilə də qaytarmalıdır

Bakı. 1 aprel REPORT.AZ/ "Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır: "Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir".

Son xəbərlər

Orphus sistemi