“Alfa Sığorta”nın kreditorlarının II növbə tələbləri üzrə ödənişlərə başlanılıb

“Alfa Sığorta”nın kreditorlarının II növbə tələbləri üzrə ödənişlərə başlanılıb Ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aiddir
Maliyyə
2 May , 2018 11:27
“Alfa Sığorta”nın kreditorlarının II növbə tələbləri üzrə ödənişlərə başlanılıb

Bakı. 2 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının II növbə tələbləri üzrə ödənişlərə başlanılıb. 

"Report" Nəzarət Palatasına istinadən xəbər verir ki, ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aiddir.

Kreditorların tələblərinin I növbə üzrə sığorta ödənişlərini “İcbari Sığortalar haqqında” qanuna əsasən İcbari Sığorta Bürosu qarşılayıb.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” müflis elan edilib və onun iflası proseduruna başlanılıb. Bu müddət ərzində ləğv prosesində olan şirkətin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilib. Məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb.

Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

Son xəbərlər

Orphus sistemi