“Air Europa”nı Böyük Britaniya holdinqi satın alıb

“Air Europa”nı Böyük Britaniya holdinqi satın alıb “British Airways” və “Iberia” hava yolu şirkətlərinin sahibi olan Böyük Britaniyanın İAG (İnternational Airlines Group) beynəlxalq aviasiya holdinqi törəmə şirkəti “İB OPCO Holding S.L.” vasitəsilə İspaniyanın “Air Europa” hava yolu şirkətini 1 milyard av
Maliyyə
4 Noyabr , 2019 13:25
“Air Europa”nı Böyük Britaniya holdinqi satın alıb

“British Airways” və “Iberia” hava yolu şirkətlərinin sahibi olan Böyük Britaniyanın İAG (İnternational Airlines Group) beynəlxalq aviasiya holdinqi törəmə şirkəti “İB OPCO Holding S.L.” vasitəsilə İspaniyanın “Air Europa” hava yolu şirkətini 1 milyard avroya satın alıb.

“Report” IAG-ın saytına istinadən xəbər verir ki, bundan sonra Madrid Avropanın ən böyük hava nəqliyyatı mərkəzləri olan Amsterdam, Frankfurt, London, Paris ilə rəqabət aparacaq.

Bununla yanaşı, IAG Avropadan Latın Amerikası və Karib hövzəsi ölkələrinə hava daşımaları sahəsində yenidən liderliyə yüksələcək.

İngilis versiyası IAG buys “Air Europa”

Son xəbərlər

Orphus sistemi