Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci ilin maliyyə hesabatını verib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci ilin maliyyə hesabatını verib 2020-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6,053 milyon manat gəlir əldə edib.
Maliyyə
17 Yanvar , 2022 12:07
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci ilin maliyyə hesabatını verib

2020-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6,053 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bunun 4,825 min manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır.

Bundan başqa, Komitənin qeyri-birja əməliyyatlarından 0,012 milyon manat, sair əməliyyatlardan isə 1,215 milyon manat gəliri olub.

Hesabat dövründə qurumun xərcləri isə 3,344 milyon manat, o cümlədən əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 2,3 milyon manat, sərf etdiyi materialların dəyəri 0,019 min manat, amortizasiya xərcləri 0,203 milyon manat, sair əməliyyat xərcləri isə 0,822 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi