Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 8-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 005,0833 manat qiyməti ilə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in istiqrazlarının baza emissiya prospektini bu il avqustun 16-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə illik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək.