Bakı. 29 may. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Ukraynaya 1 mlrd. avro kredit ayırmağa hazırlaşır.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, vəsait tərəflər arasına makroiqtisadi yardım haqqında anlaşma memorandumu imzalandıqdan sonra iki il yarım müddətində, 2 mərhələdə təqdim ediləcək.
Ukrayna krediti 15 ilə geri qaytarmalıdır.