Aİ təyyarə lizinqi bazarında 30 milyard dollarlıq sövdələşməni təsdiqləyib

Aİ təyyarə lizinqi bazarında 30 milyard dollarlıq sövdələşməni təsdiqləyib Avropa İttifaqının (Aİ) antiinhisar orqanları İrlandiyanın “AerCap” şirkətinin “General Electric”in lizinq üzrə bölməsi “GECAS”ı almasını təsdiq edib.
Maliyyə
28 İyul , 2021 16:45
Aİ təyyarə lizinqi bazarında 30 milyard dollarlıq sövdələşməni təsdiqləyib

Avropa İttifaqının (Aİ) antiinhisar orqanları İrlandiyanın “AerCap” şirkətinin “General Electric”in lizinq üzrə bölməsi “GECAS”ı almasını təsdiq edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 30 milyard ABŞ dollarıdır. Onun qapadılması bu ilin 4-cü rübündə baş tutacaq.

Birləşmiş şirkət kirayə götürülən təyyarələr bazarının 18 %-nə nəzarət edəcək.

Son xəbərlər

Orphus sistemi