Aİ-nin maliyyə tənzimləyicisi "Fitch"i rekord məbləğdə cərimələyib

Aİ-nin maliyyə tənzimləyicisi "Fitch"i rekord məbləğdə cərimələyib Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsi (ESMA) maliyyə bazarında fəaliyyət qaydalarını pozduğuna görə, Fitch Beynəlxalq Reytinq Agentliyini rekord həddə - 5,1 milyon avro məbləğində cərimələyib.
Maliyyə
29 Mart , 2019 13:06
Aİ-nin maliyyə tənzimləyicisi Fitchi rekord məbləğdə cərimələyib

Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsi (ESMA) maliyyə bazarında fəaliyyət qaydalarını pozduğuna görə, "Fitch" Beynəlxalq Reytinq Agentliyini rekord həddə - 5,1 milyon avro məbləğində cərimələyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Financial Times" qəzeti ESMA-nın cümə günü yayılan bəyanatına istinadən bildirir ki, "Fitch" kredit-reytinq agentliyinin maliyyə xidmətləri sektorunda peşəkar şirkət kimi fəaliyyətinin həssas aspektlərini yerinə yetirə bilməyib. Tənzimləyici orqanın məlumatına görə, söhbət şirkətlərin, o cümlədən Fransanın "Casino" şirkətinin reytiniqinin müəyyənləşdirilməsindəki qayda pozuntularından gedir. Belə ki, qaydalarda uyğunsuzluq yaşandığı 2013-2015-ci illərdə şirkətin İdarə Heyətinin üzvlərindən biri Mark Ladre de Laşaryer "Fitch"in səhm paketində paya sahib olub. Biznesmenin "Fimalac" holdinq şirkəti reytinq agentliyinin qiymətli kağızlarının 20%-nə sahib olub.

Qeyd edək ki, ESMA 2008-ci ildə qlobal maliyyə böhranından sonra reytinq agentlikləri üçün fəaliyyət qaydalarını sərtləşdirib. 2013-cü ildə qüvvəyə minən yeniliklərə əsasən, reytinq agentliyində 10%-dən çox payı olan istənilən şəxsə reytinqdə olan (indiki halda "Fitch") hər hansı şirkətin direktorlar şurasının üzvü olmaq qadağandır.

"Financial Times" vurğulayır ki, "Fimalac" 2018-ci ildə "Fitch"dəki payını 2,8 milyard dollara hazırda agentliyin yeganə sahibi olan ABŞ-ın "Hearst" media qrupuna satıb.

"Bu pozuntulardan heç biri reytinqlərimizin nəticələrinə təsir göstərməyib", - "Fitch"in bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi