Avropa İttifaqının İranla hesablaşma mexanizmi bir neçə aydan sonra işə düşəcək

Avropa İttifaqının İranla hesablaşma mexanizmi bir neçə aydan sonra işə düşəcək Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün nəzərdə tutulan xüsusi məqsədli maliyyə mexanizmi bir neçə aydan sonra işə düşəcək.
Maliyyə
28 Yanvar , 2019 12:33
Avropa İttifaqının İranla hesablaşma mexanizmi bir neçə aydan sonra işə düşəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün nəzərdə tutulan xüsusi məqsədli maliyyə mexanizmi bir neçə aydan sonra işə düşəcək.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Brüsseldəki diplomatik mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, mexanizm Fransada qeydiyyatdan keçəcək, Almaniya nümayəndəsi tərəfindən idarə olunacaq və Böyük Britaniya əsas investor kimi çıxış edəcək.

Xüsusi məqsədli mexanizmin (SPV) yaradılmasının bu gün Brüssel tərəfindən rəsmən açıqlanacağı gözlənilir.

Daha əvvəl Böyük Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və İran BMT çərçivəsində nazirlər iclasında birgə bəyanatla ABŞ-ın sanksiyalar tətbiq etməsindən sonra Avropa İttifaqının (Aİ) İranla hesablaşmaları davam etdirməsi üçün maliyyə mexanizmi yaradacaqlarını açıqlayıblar.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin may ayında Vaşinqtonun İranla nüvə proqramı haqqında sazişdən çıxdığını elan edib. O həmçinin bu ölkəyə, o cümlədən İranla iş aparan digər ölkələrə qarşı bütün sanksiyaların bərpası barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi