Aİ-nin əksər ölkələrində işsizlik azalıb

Aİ-nin əksər ölkələrində işsizlik azalıb Bakı. 2 iyun. REPORT.AZ/ Bu il mayın 1-nə Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan əmək qabiliyyətli əhalinin orta hesabla 7,1%-i işsiz olub.
Maliyyə
2 İyun , 2018 17:34
Aİ-nin əksər ölkələrində işsizlik azalıb
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ Bu il mayın 1-nə Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan əmək qabiliyyətli əhalinin orta hesabla 7,1%-i işsiz olub. 

"Report" xəbər verir ki, bu barədə İttifaqın statistika qurumu - "Avrostat" məlumat yayıb.

Məlumata görə, Aİ-nin üzvləri arasında ən yüksək işsizlik səviyyəsi Yunanıstanda (20,8%) və İspaniyada (15,9%) qeydə alınıb. Bu nisbət Çexiyada 2,2%, Maltada 3%, Almaniyada isə 3,4% təşkil edir. Adı çəkilən ölkələr məşğulluq səviyyəsinə görə, Aİ-də ilk 3-lükdədir. 

Son 1 ildə İtaliya və Estoniya istisna olmaqla bütün İttifaq ölkələrində işsizlik səviyyəsi azalıb. Ən çox azalma Kiprdə (11,8%-dən 8,6%-ə), Xorvatiyada (11,5% dən 9,1%-ə) və Portuqaliyada (9,5% dən 7,4%-ə) baş verib. 

Son xəbərlər

Orphus sistemi