AİF tender elan edib

AİF tender elan edib Tenderdə hər bir lot üzrə iştirak haqqı 100 manatdır
Maliyyə
21 Noyabr , 2016 16:19
AİF tender elan edib

Bakı. 21 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) bir sıra informasiya sistemlərinə, server və şəbəkə avadanlıqlarına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Bu barədə "Report"a Fonddan bildirilib. 

Məlumata görə, tender 3 lotdan (Lot 1 - Onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti, Lot 2 - “Elektron İpoteka Sistemi”nə dəstək xidməti, Lot 3 - Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti) ibarətdir. Hər lot üzrə iştirak haqqı 100 manatdır. 

İddiaçılar tenderdə iştirak etmək üçün ərizə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, tender təklifi, hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri, təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, iddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayış, və vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış təqdim etməlidirlər.

Təkliflər yanvarın 11-nə qədər, ilkin sənədlər isə dekabrın 20-nə qədər AİF-in Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi