Bakı. 18 mart. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) bir sıra informasiya sistemlərinə, server və şəbəkə avadanlıqlarına və veb səhifəsində 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin nəticələrini açıqlayıb.
Bu barədə “Report” AİF-ə istinadən xəbər verir.
Məlumata görə, Fondun Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sisteminə dəstək xidməti (Lot-1) üzrə “Cybernet” MMC, lokal şəbəkəyə dəstək xidmət (Lot-2) və AİF-in rəsmi veb səhifəsinə dəstək xidməti (Lot-3) üzrə isə “GT Solutions” MMC qalib elan edilib.
Martın 13-də adı çəkilən şirkətlərlə D-01 və D-02 saylı satınalma müqavilələri imzalanıb.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.