​AİF istiqrazların yeni tranşını satışa çıxarır

​AİF istiqrazların yeni tranşını satışa çıxarır Hərraca 3 mln. manatlıq istiqraz çıxarılır
Maliyyə
22 Aprel , 2015 11:48
​AİF istiqrazların yeni tranşını satışa çıxarır

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 24-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. AİF-in mətbuat xidmətindən Report"a verilən məlumata görə, istiqrazlar 100,8417 manat qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazları əldə etmək istəyən şəxslər Bakı Fond Birjasının üzvü və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi 2024-cü ilin 21 noyabr tarixi hesab edilir. Məlumata görə, təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat kimi isə Azərbaycan Mərkəzi Bankı qeyd edilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2014-cü ilin dekabrın 30-da qeydə alınıb və bu istiqrazların yerləşdirilməsinə 2015-ci ilin yanvarın 13-də başlanılıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqrazlar üzrə gəlirlik illik 3% təşkil edir. Hərraca bu günədək 8 mln. manat həcmində istiqraz yerləşdirilib.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər

Orphus sistemi