AİF informasiya sistemlərinə dəstək xidmətləri alır

AİF informasiya sistemlərinə dəstək xidmətləri alır Fond bu məqsədlə açıq tender elan edib
Maliyyə
4 Mart , 2017 09:56
AİF informasiya sistemlərinə dəstək xidmətləri alır

Bakı. 4 mart. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) informasiya sistemlərinə dəstək xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender 3 lot üzrə keçirilib. Bunlar onlayn ödənişlərin təmin edilməsi üzrə “İnformasiya mübadiləsi modulu”na dəstək xidməti (Lot-1), “Elektron ipoteka sistemi”nə dəstək xidməti (Lot-2) və Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu sisteminə dəstək xidmətidir (Lot-3).

Lotlar üzrə bölünməyə icazə verilir. Hər lot üzrə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri aprelin 17-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 27-nə qədər AİF-in inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına təqdim etməlidirlər.

Təkliflərə aprelin 27-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi