AİF-in daha 4 mln. manatlıq istiqrazları yerləşdirilib

AİF-in daha 4 mln. manatlıq istiqrazları yerləşdirilib Sifariş 101,2333% qiyməti ilə təqdim edilib
Maliyyə
10 Dekabr , 2015 17:10
AİF-in daha 4 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 4 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 4 mln. manat təşkil edib. Sifariş 101,2333% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, istiqraz vərəqələrinin ödəmə tarixi  2024-cü il noyabrın 21-dir.

Son xəbərlər

Orphus sistemi