AİF 15 mln. manatlıq istiqraz satıb

AİF 15 mln. manatlıq istiqraz satıb Bu gün Bakı Fond Birjasında fondun qiymətli kağızlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Maliyyə
25 May , 2017 16:20
AİF 15 mln. manatlıq istiqraz satıb

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin 15 mln. manatlıq faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızlar 1 004,0833 manat qiymətlə hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib.

Proses “PAŞA Kapital” investisiya şirkətinin anderrayterliyi ilə baş tutub. İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Son xəbərlər

Orphus sistemi