Aİ-də iqtisadiyyatın nə vaxt bərpa olunacağını düşünürlər?

Aİ-də iqtisadiyyatın nə vaxt bərpa olunacağını düşünürlər? 2020-ci ildə Aİ-nin ÜDM-i 6,2% azalıb
Maliyyə
10 Mart , 2021 16:27
Aİ-də iqtisadiyyatın nə vaxt bərpa olunacağını düşünürlər?

Avropa İttifaqının (Aİ) iqtisadiyyatı 2022-ci ilin ortalarına qədər böhrandan əvvəlki səviyyəsinə qayıda bilər.

“Report” “Prime”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis Avropa Parlamentində çıxışında bildirib.

“İndiki hesablamalarımıza görə, Aİ-nin ÜDM-i 2022-ci ilin ortalarına qədər 2019-cu ilin səviyyəsinə çatmalıdır”, - o deyib.

Xatırladaq ki, dünən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) yaz hesabatında qlobal ÜDM-in 2021-ci ilin ortalarına qədər böhrandan əvvəlki səviyyəyə qayıda biləcəyini qeyd edib. Hesabat müəllifləri qeyd edirlər ki, bu iqtisadi canlanma bütün ölkələrə aid olmayacaq: qısamüddətli perspektivdə fərqliliklər, o cümlədən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqlər əhəmiyyətli dətəcədə olacaq.

Koronavirusun yayılmasına qarşı sosial-iqtisadi həyatda ciddi məhdudiyyətlər tətbiq edildiyi üçün Aİ iqtisadiyyatı keçən yaz böhrana qərq olub. Səlahiyyətli orqanlar epidemioloji vəziyyətin yaxşılaşması fonunda bu cür məhdudlaşdırıcı tədbirləri zəiflətməyə başlayıblar ki, bu da iqtisadi fəallığa müsbət təsir göstərib. Ancaq payızda virusun yayılmasında ikinci dalğanın başladığı haqqında açıqlamalar səslənməyə başlayandan sonra ölkələr yenidən məhdudiyyətləri artırıblar.

“Eurostat”ın son qiymətləndirməsinə görə, 2020-ci ildə Aİ-nin ÜDM-i 6,2% azalıb.

Son xəbərlər

Orphus sistemi