AİB Azərbaycan iqtisadiyyatının artım tempinin yüksələcəyini proqnozlaşdırır

AİB Azərbaycan iqtisadiyyatının artım tempinin yüksələcəyini proqnozlaşdırır Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımın 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,7 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Maliyyə
3 aprel 2019 07:02
AİB Azərbaycan iqtisadiyyatının artım tempinin yüksələcəyini proqnozlaşdırır

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımın 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,7 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə "Report" "Asian Development Outlook 2019"a istinadən xəbər verir.

Ötən il ölkənin ÜDM-in artım tempi 1,4 faiz təşkil edib. 2017-ci ildə isə bu göstərici 0,1 faiz olub.

AİB-in məlumatına görə, Azərbaycanda 2019 və 2020-ci illərdə iqtisadi artım dövlət xərclərinin artırılması, "Şahdəniz-2" qaz-kondensat yatağında qaz hasilatının sürətləndirilməsi və qeyri-neft istehsalı hesabına təmin olunacaq.

AİB-in analitikləri qeyd edirlər ki, Azərbaycanda iqtisadi artımın bərpası və Tacikistanla Özbəkistanda sürətlənməsi subregionda ÜDM-in orta illik artımının neftin qiymətinin yüksəlməsi fonunda 2017-ci ildəki 4,2 faizdən 4,4 faizədək artması ilə təmin olunub. Eyni zamanda Gürcüstan və Qazaxıstanda iqtisadi artım tempi dəyişməz qalıb, Ermənistan, Qırğızıstan və Türkmənistanda isə yavaşlayıb.

Azərbaycan, Gürcüstan, Qırğızıstan və Özbəkistandakı yaxşılaşmaya baxmayaraq, subregionda iqtisadi artım tempinin 2019 və 2020-ci illərdə 4,2 faiz səviyyəsinə qədər yavaşıyacağı proqnozlaşdırılır. Qazaxıstanda isə ÜDM-in artım tempinin azalması gözlənilir.

İlahə Məmmədli

Son xəbərlər

Orphus sistemi