"AGBank" kartların təhlükəsizliyini artırır

"AGBank" kartların təhlükəsizliyini artırır "AGBank"ın kartları "3D Secure" sisteminə qoşulur
Maliyyə
19 Yanvar , 2015 17:53
AGBank kartların təhlükəsizliyini artırır

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın "AGBank" ASC-nin plastik kartlara sahib olan bütün müştəriləri fevralın 2-dən etibarən "3D Secure" xidmətinə qoşulacaqlar.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aparılacaq hər bir yeni əməliyyat zamanı müştəriyə SMS vasitəsilə yenilənmiş xüsusi şifrə göndəriləcək. Müştəri əldə edilmiş şifrəni internet ödənişləri zamanı istifadə edərək əməliyyatları təhlükəsiz həyata keçirə biləcək.

Bu sistem "AGBank"ın bütün kartlarına ("MC Virtual" və "Visa Virtuon" istisna olmaqla) tətbiq olunacaq. Xüsusi şifrəni əldə etmək üçün mütləq "SMS Məlumatlandırma" (SMS Notification) xidmətinə qoşulmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi