“AGBank”ın zərəri 3 dəfədən çox artıb

“AGBank”ın zərəri 3 dəfədən çox artıb Bakı. 26 iyul. REPORT.AZ/ “AGBank” ASC-nin cəmi aktivləri illik müqayisədə 3% azalaraq 2018-ci il iyulun 1-nə 487 791 min manata təşkil edib.
Maliyyə
26 İyul , 2018 15:41
“AGBank”ın zərəri 3 dəfədən çox artıb
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ “AGBank” ASC-nin cəmi aktivləri illik müqayisədə 3% azalaraq 2018-ci il iyulun 1-nə 487 791 min manata təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 7,6% azalaraq bu il iyulun 1-nə 223 051 min manat təşkil edib. Bildirək ki, kredit portfelinin 68 688 min manat və ya 30,8%-i xarici valyutadadır.

Cəmi öhdəliklər illik 1,3% azalaraq 444 596 min manat, o cümlədən depozit portfeli illik 1,8% azalaraq 218 779 min manat olub. Hesabata əsasən depozitlərin 161 061 min manat və ya 73,6%-i xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbləri illik 11% azalaraq 40 mln. manata düşüb. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 103 400 min manat, cəmi kapitalı 43 195 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci yarısında 5 139,4 min manat zərər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. 2018-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 9 676 min manat, qeyri-faiz gəlirləri 14 099 min manat, faiz xərcləri 9 111 min manat, qeyri-faiz xərcləri 17 719 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi