“AGBank”ın yeni səhm emissiyasına abunə yazılışı başlayıb - YENİLƏNİB

“AGBank”ın yeni səhm emissiyasına abunə yazılışı başlayıb - YENİLƏNİB İlk xəbər saat 17:33-də verilib
Maliyyə
26 Fevral , 2018 18:03
“AGBank”ın yeni səhm emissiyasına abunə yazılışı başlayıb - YENİLƏNİB

İlk xəbər saat 17:33-də verilib

Bakı. 26 fevral. REPORT.AZ/ “AGBank” ASC-nin planlaşdırdığı, hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd (7 mln. manatlıq) yeni səhm emissiyasının anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, səhmlərin yerləşdirilməsi əvvəlcədən deyildiyi kimi, kütləvi təklif üsulu ilə, abunə yazılışı formasında Bakı Fond Birjasında (BFB) həyata keçiriləcək. Abunə yazılışına bu gündən başlanılıb və mayın 26-na qədər davam edəcək.

Abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü ərzində qiymətli kağızların yerləşdirilməsinə başlanılacaq və bu proses 7 iş günü çəkəcək. İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi, növbəti 5 iş günü ərzində isə digər investorlar arasında səhmlərin yerləşdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi