“AGBank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“AGBank”ın səhmdarlarının yığıncağı keçiriləcək Aprelin 3-ü saat 10:00-da “AGBank” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
Maliyyə
17 Fevral , 2020 15:54
“AGBank”ın səhmdarlarının yığıncağı keçiriləcək
Pexels.com

Aprelin 3-ü saat 10:00-da “AGBank” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, yığıncaq “AGBank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Bankın ötənilki fəaliyyəti ilə bağlı İdarə Heyətinin (İH) və Audit Komitəsinin hesabatlarının, maliyyə göstəricilərinin, eləcə də İH-nin və Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 103,8 milyon manatdır. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi