İyunun 7-də, saat 10:00-da “AGBank” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “AGBank”ın ötənilki maliyyə nəticələrinin, İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, yeni redaksiyada nizamnaməsinin və İdarəetmə Orqanlarının əsasnamələrinin təsdiq edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 103,8 mln. manatdılr. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.