“AGBank”ın nizamnamə kapitalını necə artıracağı məlum olub

“AGBank”ın nizamnamə kapitalını necə artıracağı məlum olub Bakı. 14 fevral. REPORT.AZ/ “AGBank” ASC-nin nizamnamə kapitalının 7 mln. manat artırılması Banka əlavə vəsait qoyuluşu ilə həyata keçiriləcək. Başqa sözlə, kredit təşkilatının öhdəliklərinin 1-ci dərəcəli kapitala çevrilməsi gözlənilmir.
Maliyyə
14 Fevral , 2018 17:17
“AGBank”ın nizamnamə kapitalını necə artıracağı məlum olub

Bakı. 14 fevral. REPORT.AZ/ “AGBank” ASC-nin nizamnamə kapitalının 7 mln. manat artırılması Banka əlavə vəsait qoyuluşu ilə həyata keçiriləcək. Başqa sözlə, kredit təşkilatının öhdəliklərinin 1-ci dərəcəli kapitala çevrilməsi gözlənilmir.

Bu barədə “Report”a “AGBank”dan bildirilib.

Məlumatda həmçinin deyilir ki, kapital artımı üçün hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd yeni səhm kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Bununla belə, səhmlərin emissiya edilməsi prosesində mövcud səhmdarlara üstünlük hüququ tanınacaq. Əgər bütün səhmlər satılmazsa, Banka yeni səhmdar cəlb edilə, yəni səhmlər kənar investora satıla bilər.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova (MŞ-nın üzvü), 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi