​"AGBank" "DəmirBank"la birləşməsiylə bağlı məlumat yayıb

​"AGBank" "DəmirBank"la birləşməsiylə bağlı məlumat yayıb "AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb
Maliyyə
146
26 Yanvar , 2016 19:29
​AGBank DəmirBankla birləşməsiylə bağlı məlumat yayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "AGBank" "DəmirBank"la birləşməsiylə bağlı məlumat yayıb.

Bankın mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilir ki, "AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb: 

"Qeyd olunan banklar zəngin tarixə malik olmaqla Azərbaycanın ilk özəl banklarındandırlar. Belə ki, "DəmirBank" 1989-cu ildən, "AGBank" isə 1992-ci ildən fəaliyyət göstərir. Hər iki bankın təsisçiləri arasında nüfuzlu beynəlxalq maliyyə institutları yer alır. Bunların sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s. təşkilatlar daxildir.

Həm kadr potensialı, həm geniş xidmət şəbəkəsi, həm də təcrübə baxımından hər iki bank bazarda aparıcı banklardandır. Banklar resurslarını birləşdirməklə daha güclü, dayanıqlı olmaqla yanaşı, sinerji nəticəsində mövcud bazar paylarını artıracaqlar. Bununla yeni formalaşacaq maliyyə institutu mövqeyinə görə beynəlxalq standartlara, trendlərə uyğunluğuna görə bazarın ən güclü oyunçularından biri kimi möhkəmlənəcək".

"Konsolidasiyadan sonra yeni inkişaf mərhələsinə qədəm qoyulacağı gözlənilir. Belə ki, daha böyük xidmət şəbəkəsi ilə yeni məhsul və xidmətlər müştərilərə daha rahat, operativ şəkildə təqdim olunacaq. Eyni zamanda, yeni texnologiyaların, innovasiyaların daha geniş miqyasda tətbiqi nəzərdə tutulur ki, bu da biznes proseslərin müasirləşdirilməsi, daha keyfiyyətli müştəri xidmətinin həyata keçirilməsinə öz təsirini göstərəcək", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi