"AG Bank" inzibati xərclərə 50% güzəşt edir

"AG Bank" inzibati xərclərə 50% güzəşt edir Bank güzəştli kredit kampaniyası keçirir
Maliyyə
13 May , 2015 13:44
AG Bank inzibati xərclərə 50% güzəşt edir

Bakı. 13 may. REPORT.AZ/ "AG Bank" ASC 13 rəqəmi ilə bağlı yeni kampaniyaya başlayıb. Bank “Sənin xoşbəxt 13 rəqəmin” adlı kampaniya çərçivəsində nağd pul krediti üzrə istənilən ayın 13-də banka müraciət edən müştərilərə inzibati xərclərə görə 50% endirim edəcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda deyilir. 

Məlumata əsasən, ayın 13-ü qeyri-iş gününə təsadüf edərsə, kampaniya qeyri-iş günündən sonrakı ilk iş günündə keçərli olacaq. Aksiya 2015-ci ilin dekabr ayının 13-dək davam edəcək.

Göstərilən tarixlərdə "AG Bank"ın filiallarına bazar ertəsi-cümə günləri, 09:00-dan 17:00-dək müraciət edərək güzəştdən yararlanmaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi