"AGBank"ın səhmdarlarının yığıncağı keçiriləcək

"AGBank"ın səhmdarlarının yığıncağı keçiriləcək Güqndəliyə bankın özəl kredit bürosunda üzvlüyü haqqında məsələlər daxil edilib
Maliyyə
8 May , 2017 16:21
AGBankın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 8 may. REPORT.AZ/ "AG Bank" ASC-nin səhmdarlarının iyunun 23-də ümumi yığıncağı keçiriləcək. 

Bu barədə "Report" banka istinadən xəbər verir. 

Məlumata görə, yığıncaq saat 12.00-da "AGBank"ın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatının, maliyyə nəticələrinin təsdiq edilməsi, kredit təşkilatının özəl kredit bürosunda üzvlüyü haqqında məsələlər daxil edilib. 

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova (Müşahidə Şurasının üzvü), 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, Müşahidə Şurasının üzvü), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur. 

Son xəbərlər

Orphus sistemi