“AG Bank”, “Dekabank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılır

“AG Bank”, “Dekabank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılır Noyabrın 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AG Bank” və “Dekabank” ASC-lərin, eləcə də “Bank Standard” QSC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
Maliyyə
28 Oktyabr , 2022 17:24
“AG Bank”, “Dekabank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılır

Noyabrın 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AG Bank” və “Dekabank” ASC-lərin, “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “AG Bank”a məxsus Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 465,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Dekabank”a məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 7 ünvanında yerləşən 36,8 kv.metrlik mənzildən və "Bank Standard"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 30 (Şəmsi Bədəlbəyli küçəsi, 94) ünvanındakı 17,8 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Əmlaklara müvafiq olaraq 104 min manat, 21 min manat və 160 min manat qiymət qoyulub.

Son xəbərlər

Orphus sistemi