"AG Bank" bu ilin I rübünü 2 mln. manata yaxın xalis zərərlə başa vurub

"AG Bank" bu ilin I rübünü 2 mln. manata yaxın xalis zərərlə başa vurub Bakı. 19 aprel. REPORT.AZ/ "AG Bank" ASC-nin aktivləri illik müqayisədə 2,2% azalaraq bu il aprelin 1-nə 505,752 mln. manat təşkil e...
Maliyyə
19 Aprel , 2017 15:07
AG Bank bu ilin I rübünü 2 mln. manata yaxın xalis zərərlə başa vurub

Bakı. 19 aprel. REPORT.AZ/ "AG Bank" ASC-nin aktivləri illik müqayisədə 2,2% azalaraq bu il aprelin 1-nə 505,752 mln. manat təşkil edib.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

"AGBank"ın aktivlərinin 56,85%-ni və yaxud 287,537 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 21,5% kiçilib. 

Verilmiş kreditlərin 48%-nin və yaxud 140,249 mln. manatının vaxtı keçib. Bu, 1 il əvvələ nisbətən 59% çoxdur. 

Martın sonuna "AGBank"ın cəmi öhdəlikləri 453,514 mln. manat (illik müqayisədə 4,4% çox), o cümlədən depozit portfeli 210,399 mln. manat (4,5% az) təşkil edib. Depozit portfelinin 179,838 mln. manatı və yaxud 85,5%-i xarici valyutada yerləşdirilib. Son 1 ildə xarici valyutada depozitlərin həcmi 7,7% azalıb.

Hesabat dövründə bankın nizamnamə kapitalı sabit - 102,2 mln. manat qalsa da, cəmi kapitalı 37% azalaraq 52,238 mln. manata düşüb. 

"AGBank" bu ilin I rübünü 1,807 mln. manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövrünə nisbətən Bankın zərəri 72,7% azalıb. 

Son xəbərlər

Orphus sistemi