AFBIA: Maliyyə sektorundakı islahatlar kapital bazarının inkişafına güclü təkan verib

AFBIA: Maliyyə sektorundakı islahatlar kapital bazarının inkişafına güclü təkan verib Son illər Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlar, rəqəmsallaşma və bazarın genişlənməsi ölkə iqtisadiyyatının dayanıqlılığını artırıb, eyni zamanda kapital bazarından yan keçməyib, onun inkişafına güclü təkan verib.
Maliyyə
14 fevral 2025 07:07
AFBIA: Maliyyə sektorundakı islahatlar kapital bazarının inkişafına güclü təkan verib
Ceyhun Hacıyev

Son illər Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlar, rəqəmsallaşma və bazarın genişlənməsi ölkə iqtisadiyyatının dayanıqlılığını artırıb, eyni zamanda kapital bazarından yan keçməyib, onun inkişafına güclü təkan verib.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"İnvestisiya imkanlarının genişlənməsi, tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investorların, xüsusi ilə fiziki şəxslərin bazarda daha fəal iştirakı maliyyə sisteminin sabitliyini gücləndirir. Bu gün rəqəmsallaşma seçim deyil, zərurətdir. Fintex həllərin, blokçeyn texnologiyaların və süni intellekt əsaslı maliyyə xidmətlərinin bazara inteqrasiyası investisiya strategiyalarını və ticarət mexanizmlərini yenidən formalaşdırır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi