"AFB Bank"ın öhdəlikləri kəskin artıb

"AFB Bank"ın öhdəlikləri kəskin artıb Bakı. 22 yanvar. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 64,6% artaraq 2018-ci il yanvarın 1-nə 494,619 mln. manat təşkil edib. Bu müddətdə Bankın kredit portfeli illik 3,3% azalaraq 218,053 mln. manat olub.
Maliyyə
22 Yanvar , 2018 16:53
AFB Bankın öhdəlikləri kəskin artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 64,6% artaraq 2018-ci il yanvarın 1-nə 494,619 mln. manat təşkil edib. Bu müddətdə Bankın kredit portfeli illik 3,3% azalaraq 218,053 mln. manat olub.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri ötən ilin əvvəlinə nisbətən 95% artaraq 2018-ci il yanvarın 1-nə 428,074 mln. manat təşkil edib. Depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 3 dəfəyə yaxın artaraq 287,814 mln. manat olub.

Bu il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 70,394 mln. manat, cəmi kapitalı 66,546 mln. manat təşkil edib. Bankın bölüşdürlməmiş xalis zərəri bu ilin əvvəlinə 5,675 mln. manat təşkil edib.

Bank 2017-ci ildə 12,186 mln. manat zərər edib. Belə ki, əməliyyat mənfəəti 17,82 mln. manat, aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 30,006 mln. manat təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə "AFB Bank"ın xalis mənfəəti 2,554 mln. manat olub. 

Son xəbərlər

Orphus sistemi