“AFB Bank”ın mənfəəti 92% artıb

“AFB Bank”ın mənfəəti 92% artıb “AFB Bank” ASC bu ilin I yarısını 3,222 milyon manat mənfəətlə başa vurub
Maliyyə
29 İyul , 2020 15:53
“AFB Bank”ın mənfəəti 92% artıb

“AFB Bank” ASC bu ilin I yarısını 3,2 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 92,1% çoxdur.

Yanvar-iyun aylarında “AFB Bank”ın gəlirləri 17,9 milyon manat (illik müqayisədə 6,2% az), xərcləri 9,7 milyon manat (9,8% az), xüsusi ehtiyatlara ayırmaları isə 5 milyon manat (25,2% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 573,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 35,3% çoxdur. Bunun 394,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 90,4% böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 42,3% artaraq 494,9 milyon manata, o cümlədən depozit portfeli 75% artaraq 388,7 milyon manata, balans kapitalı isə 3,4% artaraq 78,5 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi