“AFB Bank"ın mənfəəti 60% azalıb

“AFB Bank"ın mənfəəti 60% azalıb “AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,775 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
459
28 Oktyabr , 2020 18:00
“AFB Bankın mənfəəti 60% azalıb

“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,775 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 59,5% azdır.

9 ay ərzində “AFB Bank”ın gəlirləri 26,648 milyon manat (illik müqayisədə 8,6% az), xərcləri 14,099 milyon manat (14,4% az), xüsusi ehtiyatlara ayırmaları 10,774 milyon manat (30% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 548,468 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6% azdır. Bunun 388,676 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 61,7% böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 7% azalaraq 469,741 milyon manata, o cümlədən depozit portfeli 4,7% azalaraq 364,816 milyon manata düşüb, balans kapitalı isə 0,4% artaraq 78,727 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi