​"AFB Bank"ın kartları yeni təhlükəsizlik sisteminə qoşulub

​"AFB Bank"ın kartları yeni təhlükəsizlik sisteminə qoşulub Yeni sistem həm "Visa", həm də "MasterCard" kartlarını dəstəkləyir
Maliyyə
3 Noyabr , 2014 11:20
​AFB Bankın kartları yeni təhlükəsizlik sisteminə qoşulub
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın "AFB Bank" ASC-nin buraxdığı plastik kartlar "3 D Secure" təhlükəsizlik sisteminə qoşulub. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Təhlükəsiz elektron alış-veriş etmək istəyən bank müştəriləri bu sistemə qoşula bilərlər. "3 D Secury" həm "Visa", həm də "MasterCard"ı dəstəkləyir.

"3 D Secury" şifrəsini əldə etmək istəyən müştərilər bunu iki üsuldan istifadə edərək xidmətə qoşula bilər. Onlar ya ATM-dən birdəfəlik şifrələri, yaxud SMS vasitəsi ilə birdəfəlik parol əldə edə bilərlər. SMS vasitəsi ilə yalnız “SMS Xəbərdarlıq” xidmətinə qoşulan kartlar üçün xidməti aktiv etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi