"AFB Bank"ın faiz mənfəəti ötən il 11% artıb

"AFB Bank"ın faiz mənfəəti ötən il 11% artıb Ötən il Bankın balans mənfəətində 17% azalma müşahidə olunub
Maliyyə
14 Fevral , 2015 15:10
AFB Bankın faiz mənfəəti ötən il 11% artıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın "AFB Bank" ASC 2014-cü ili 4,1 mln. manat həcmində mənfəətlə başa vurub. Bu da öz növbəsində əvvəlki illə müqayisədə 16,75% azdır.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində məcmu gəlirlər 46,0% artaraq 33,6 mln. manat, o cümlədən faiz gəlirləri 18,3% artaraq 17,2 mln. manat, qeyri-faiz gəlirləri 93,6% artaraq 16,4 mln. manat təşkil edib.

Hesabat ilində Bankın məcmu xərclərində də artım qeydə alınıb. Məcmu xərclər 63,0% artaraq 29,5 mln. manat, o cümlədən faiz xərcləri 43,9% artaraq 4,4 mln. manat, qeyri-faiz xərcləri 68,8% artaraq 25,0 mln. manata çatıb.

"AFB Bank" ötən ili 12,8 mln. manat faiz mənfəəti ilə başa vurub ki, bu da öz növbəsində əvvəlki illə müqayisədə 11,3% çoxdur. Bu müddətdə Bankın qeyri-faiz zərəri isə 35,6% artaraq 8,6 mnl. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi