“AFB Bank”ın Audit Komitəsinin tərkibi yenilənib

“AFB Bank”ın Audit Komitəsinin tərkibi yenilənib Bakı. 17 noyabr. REPORT.AZ/ “AFB Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişikliklər olub.
Maliyyə
1065
17 Noyabr , 2017 09:07
“AFB Bank”ın Audit Komitəsinin tərkibi yenilənib

Bakı. 17 noyabr. REPORT.AZ/ “AFB Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişikliklər olub.

“Report” banka istinadən xəbər verir ki, indiyə qədər komitənin üzvləri olan Ələkbər Məmmədov və Vüsal Haşımov vəzifələrindən kənarlaşdırılıblar.

Onların yerinə Famil Kərimov və Haşım Əliyev təyin edilib. Audit Komitəsinin sədri isə yenə də Şadiyyə Amanovadır.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq"in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi