Bakı. 25 may. REPORT.AZ/ “AFB Bank” ASC-nin Xəzinədarlıq Departamentinə yeni direktor təyin edilib.
“Report” Banka istinadən xəbər verir ki, bu vəzifəyə Elşad İbrahimov gətirilib.
O, yeni vəzifəsində Behnam Qurbanzadəni əvəz edib.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.