"AFB Bank" bu il 11 mln. manat zərər edib

"AFB Bank" bu il 11 mln. manat zərər edib Bakı. 17 oktyabr. REPORT.AZ/
Maliyyə
17 Oktyabr , 2017 17:15
AFB Bank bu il 11 mln. manat zərər edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri bu ilin əvvəlindən 19,4% artaraq oktyabrın 1-nə 349,5 mln. manata çatıb. Kredit portfeli 13,5% artaraq 219,882 mln. manat təşkil edib. Kreditlərin 31,5%-ni və ya 69,266 mln. manatını vaxtı keçmiş kreditlər əhatə edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın öhdəlikləri də hesabat dövründə 30,7% artaraq 281,92 mln. manata yüksəlib. Depozit portfeli 30% artaraq 143,407 mln. manat olub. Bankın nizamnamə kapitalı dəyişməyərək 70,394 mln. manat, cəmi kapitalı 12% azalaraq 67,58 mln. manat təşkil edib. Qeyd edək ki, oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi olmayıb.

Bank bu ilin ilk doqquz ayında 11,312 mln. manat xalis zərər edib. Buna səbəb isə "AFB Bank"ın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 25,305 mln. manat ayırmasıdır. Belə ki, Bankın əməliyyat mənfəəti 13,993 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi