ADIF ölkə Prezidentinə hesabat verməyəcək

ADIF ölkə Prezidentinə hesabat verməyəcək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) illik hesabatını və audit rəyini ölkə Prezidentinə təqdim etməsi barədə öhdəlik ləğv edilir.
Maliyyə
14 May , 2020 15:03
ADIF ölkə Prezidentinə hesabat verməyəcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) illik hesabatını və audit rəyini ölkə Prezidentinə təqdim etməsi barədə öhdəlik ləğv edilir. 

"Report" xəbər verir ki, bu məsələ “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, Fond bundan sonra illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), maliyyə bazarlarına nəzarət orqanına və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edəcək. 

Son xəbərlər

Orphus sistemi